Avropa Liqasında finalçılar məlum olur

10:05 - 11 May 2017

Bu gün Avropa Liqasında finalçılar məlum olacaq.

 

Sportal.az xəbər verir ki, finala vəsiqə uğrunda keçirilən yarımfinal oyunlarında “Mançester Yunayted” “Selta”nı, “Lion” isə “Ayaks”ı qəbul edəcək.

 

Qeyd edək ki, final matçı mayın 24-də İsveçin paytaxtı Stokholmdakı "Friends Arena"da keçiriləcək.


11 may

Avropa Liqası

Yarımfinal mərhələsi, cavab oyunları

 

23:05 Mançester Yunayted – Selta Viqo
Baş hakim:
Ovidiu Alin Hateqan
Yan xətt hakimləri: Oktavyan Sovre, Sebastian Euqen
Köməkçi hakimlər: Radu Marian Petresku, Sebastian Koltesku
Dördüncü hakim: Radu Adrian Qinqulea (hamısı Rumıniya)
Hakim-inspektor: Françesko Biançi (İsveçrə)
UEFA nümayəndəsi: Neboyşa İvkoviç (Serbiya)
İlk oyun: 1 - 0

23:05 Lion - Ayaks
Baş hakim:
Şimon Marçinyak
Yan xətt hakimləri: Pavel Sokolniçki, Tomaş Listkieviç
Köməkçi hakimlər: Pavel Raçkovski, Tomaş Musial
Dördüncü hakim: Radoslav Sieyka (hamısı Polşa)
Hakim-inspektor: Manuel Meyuto Qonsales (İspaniya)
UEFA nümayəndəsi: Mark Blekbörn (İngiltərə)
İlk oyun: 4 - 1

Xəbər xətti