Rəşad Sadıqov "Qarabağ"ı çempion etdi FOTOLAR

11:13 - 11 May 2017

U-19 Liqasında XXXI turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət "Qarabağ" "Qəbələ"ylə qarşılaşıb. Şamaxı Olimpiya Kompleksində keçirilən qarşılaşmada Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.

 

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun çalışdırdığı U-19 komandası sona iki tur qalmış qızıl medalları təmin edib. Belə ki, "Qarabağ" xal hesabını 84-ə çatdırıb və ən yaxın izləyicisi "Qəbələ"ni 10 xal fərqiylə qabaqlayıb.

 

Bununla da “Qarabağ” UEFA-nın Gənclər Liqası yarışında Azərbaycanı təmsil etmək hüququ qazanıb.

 

Xəbər xətti