"İnter"də yeni təyinat

11:18 - 11 May 2017

Zaur Axundovun “İnter” klubunda Müşahidə Şurasının sədri vəzifəsinə gəlişindən sonra dəyişikliklərin olacağı bəlli idi. İlk olaraq futbolçuları komandada saxlayan yeni rəhbərlik artıq klub strukturunda da islahatlara start verib.

 

“Het-trik news” qəzetinin yaydığı məlumata görə, “İnter”in uşaq futboluna yeni koordinator təyin olunub. Bu vəzifə Rövşən Babayevə tapşırılıb. Bir çox klublarda çalışmış Babayevin son iş yeri “Vətən” klubu olub. Təcrübəli mütəxəssis orada da koordinator işləyib.

 

Qeyd edək ki, “İnter”də uşaq futbolunun koordinatoru olan Rafael Yusifovun klubla müqaviləsi sona çatıb. 

Xəbər xətti