Zidan: "Yuventus"a qarşı final çətin olacaq"

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Atletiko” doğma meydanında “Real”ı 2:1 hesabı ilə məğlub edib. Ancaq iki oyunun nəticəsinə görə “kral klubu” finala vəsiqəni təmin edib.

 

Sportal.az xəbər verir ki, oyundan sonra finala vəsiqə qazanan komandanın baş məşqçisi Zinəddin Zidan fikirlərini bildirib:

 

“Oyundan sonra Kərim Benzemaya oradan necə çıxdığı barədə sual verdim, lakin heç nə demədi. Bütün oyunçularımla fəxr edirəm. Finala çıxmaq uzun yoldur və bunu ikinci dəfə bacarırıq. İsko bu oyunda inanılmaz idi. Onun tez-tez mövqe dəyişməsi rəqibə əsl problem yaratmışdı. Həlledici oyuna gəlincə, “Yuventus”a qarşı final çətin olacaq. Bilirsiniz ki, “Yuventus” mənə çox şey verib, amma mən “Real”dayam və həyatım bu kluba bağlıdır”.

Tarix: 11 May [11:35]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Noyabr 2017
17  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio