Renat Dadaşov dubl etdi, komandası 6 qolla qalib gəldi

11:44 - 11 May 2017

Almaniya Cənub Gənclər Bundesliqasında XXVII turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Ayntraxt U-19" doğma meydanda "Offenbax"la qarşılaşıb. Matç meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətədə oyuna başlayan Dadaşov 9-cu və 26-cı dəqiqələrdə vurduğu qollarla qələbəyə töhfə verib.

 
Qeyd edək ki, bu oyundan sonra xallarının sayını 39-a çatdıran Frankfurt təmsilçisi turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Xəbər xətti