Yuri Syomin: "Qəbələ"dəki karyeram uğurlu alındı"

"Qəbələ" klubunun sabiq baş məşqçisi, hazırda "Lokomotiv"i çalışdıran Yuri Syomin 70 illik yubileyi münasibətilə "Sport-Ekspress" nəşrinə geniş müsahibə verib.

 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis müsahibə zaman "Qəbələ"də çalışdığı vaxtları da yada salıb:

 

"Qəbələ"dəki karyeram uğurlu alındı. Ancaq ona təəssüflənirəm ki, Azərbaycan kubokunun finalında penaltilər seriyasında Marat İzmaylov topu qapıdan keçirə bilmədi. Özü də kim... Super istedada sahib olan futbolçu! Marat öz potensialından istifadə edə bilmədi. ". 

 

Syomin "Qəbələ"ni tarixində ilk dəfə Azərbaycan kubokunun finalına çıxarıb. Çalışdırıcı final oyununu "Lokomotiv" azarkeşlərinin izlədiyini söyləyib:

 

"Azarkeşlər heç yerdə mənə “Lokomotiv”u unutmağa qoymurdular. Bizim azarkeşlər Azərbaycana kubokunun finalına da gəlib çıxmışdılar. Orada heç də az olmayan qırmızı-yaşıl bayraqları görmək mənə böyük zövq verdi. Onlar Kiyevdə də görünürdülər”.

 

Qeyd edək ki, Yuri Syomin 2013/24 mövsümündə "Qəbələ"ni çalışdırıb. O, "qırmızı-qaralar"a Azərbaycan Premyer Liqasında ilk dəfə bürünc medallar qazandırıb.

Tarix: 11 May [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2017
19  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio