Simeone: "Avropa nəhəngləri ilə mübarizə aparmaq gücündəyik"

13:57 - 11 May 2017

Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində “Atletiko” doğma meydanında “Real”ı 2:1 hesabı ilə məğlub edib. Ancaq iki oyunun nəticəsinə görə “kral klubu” finala vəsiqəni təmin edib.
 

Sportal.az xəbər verir ki, oyundan sonra mübarizəni dayandıran komandanın baş məşqçisi Dieqo Simeone fikirlərini bildirib:

 

"İlk oyunda işimizi xeyli çətinə salmışdıq. "Real" yüksək səviyyəli komandadır. Avropa nəhəngləri ilə mübarizə aparmaq gücündəyik. Əlimizdən gələn hər şeyi etdik. İllər keçir, amma biz hələ də bu cür matçlardan dərs çıxararaq daha da inkişat etmək məcburiyyətindəyik. Finala çıxmağa yaxın idik, amma Keylor Navas buna imkan vermədi. İskonun qolu isə planlarımızı pozdu".

Xəbər xətti