Ramos: "Hələ heç nə qazanmamışıq"

16:15 - 11 May 2017

"Real" ardıcıl 2-ci dəfə Çempionlar Liqasının finalına vəsiqə qazanıb. Həlledici oyunda Madrid klubunun rəqibi "Yuventus" olacaq.

 

Sportal.az xəbər verir ki, "Real"ın kapitanı Serxio Ramos yarımfinal matçından sonra bunları deyib: 

 

"Çempionlar Liqası finalına yenidən yüksəlmə şansına nail olduq. Finala qədər "Napoli", "Bavariya" və "Atletiko" kimi güclü rəqiblərlə qarşılaşdıq. Komandamla qürur duyuram, arzularımızı, xarakterimizi və bu gün çətin vəziyyətdə olarkən necə sakit olmağımızı göstərdik. Hələ heç nə qazanmamışıq, lakin önəmli bir addımın astanasındayıq".

 

Ramos hazırda final haqda yox, La Liqanın son 3 oyununu düşündüklərini vurğulayıb: "Çox yaxşı hazırlaşırıq. La Liqadakı son 3 oyun bizim üçün finala bərabərdi. İnanıram ki, uzun müddətdir qazana bilmədiyimiz titula sahib çıxa biləcəyik". 

 

Kapitan Çempionlar Liqasındakı rəqib "Yuventus"un heyətində çıxış edən "Real"ın yetirməsi Qonzalo İquayn haqda söz açıb: "İquayn yaxşı dostdur. Onunla yaxşı münasibətlərimiz qalmaqdadır. Amma meydanda ona güzəşt etmək fikrində deyiləm".

Xəbər xətti