"Zirə"də 3 yeni müqavilə

17:44 - 11 May 2017

“Zirə” müqaviləsi başa çatan üç futbolçu ilə yeni anlaşma imzalayıb. 

 

Sportal.az xəbər verir ki, müdafiəçi Təmkin Xəlilzadə və qapıçılar - Anar Nəzirovla Kamal Bayramov “qartallar”ın sırasında qalıb. Hər üç futbolçu ilə bir illik müqaviləyə imza atılıb.

 

Qeyd edək ki, həm Təmkin, həm də Anarla Kamal Premyer Liqadakı debüt mövsümündən “Zirə”də çıxış edir.

Xəbər xətti