"Neftçi"nin təklifini qəbul etmədi, "Qəbələ" ilə müqavilə imzaladı

18:39 - 11 May 2017

"Qəbələ" daha bir futbolçusu ilə müqaviləni uzadıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, əyalət klubu kapitan Cavid Hüseynovla yeni müqavilə imzalayıb. Milli komandamızın üzvü daha bir "qırmızı-qaralar"ın şərəfini qoruyacaq.

 

29 yaşlı yarımmüdafiəçinin xidmətində "Neftçi" klubu da maraqlı olub. Lakin Hüseynov paytaxt klubuna keçməkdən imtina edib və "Qəbələ"də qalmağı üstün tutub.

 

Qeyd edək ki, Cavid Hüseynov cari mövsümdə 21 oyunda meydanda olub.

Xəbər xətti