Qara Qarayev: "Qarabağ"ın bir parçası olmaq mənim üçün qürurvericidir"

19:26 - 11 May 2017

Qara Qarayevin "Qarabağ"la müqavilə müddətini iki illik uzatdığı haqda məlumat vermişdik.

 

Sportal.az xəbər verir ki, milli komandamızın da üzvü olan yarımmüdafiəçi klubun rəsmi saytına açıqlama verib. Klubun yetirməsi olan 25 yaşlı futbolçu "Qarabağ"ın uğurları üçün əlindən gələni edəcəyini söyləyib:

 

"Daha iki il "Qarabağ"ın bir parçası olmaq mənim üçün qürurvericidir. Nə qədər gücüm var, bu komandanın, bu camiənin xidmətində olmağa çalışacam. Klub rəhbərliyi və məşqçilər heyətinə də təşəkkürümü bildirirəm ki, məni yenidən komandada görmək istəyirlər. Bu da məni çox sevindirir. Növbəti illərdə də "Qarabağ"ın uğurları üçün əlimdən gələni edəcəm".

 

Qeyd edək ki, 25 yaşlı futbolçu cari mövsüm "Qarabağ"ın heyətində 30 oyun keçirib.

 

Xəbər xətti