"Valensiya"nın yeni baş məşqçisi müəyyənləşdi

00:36 - 12 May 2017

"Valensiya" klubunun yeni baş məşqçisi bəlli olub.

 

Sportal.az klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanı növbəti mövsümdən Marselino Qarsiya çalışdıracaq. İspaniyalı mütəxəssislə 2 illik müqavilə imzalanacağı nəzərdə tutulub.

 

Qeyd edək ki, 51 yaşlı məşqçi "Sevilya", "Rasinq", "Saraqoza", "Sportinq Xixon" komandalarını çalışdırıb. Onun son klubu isə "Vilyareal" olub.

Xəbər xətti