Əfran İsmayılov: "Çalışacam ki, öz oyunumla komandama xeyir verim"

11:40 - 12 May 2017

Əfran İsmayılovun "Qarabağ"la müqavilə müddətini bir illik uzatdığı haqda məlumat vermişdik.

Sportal.az xəbər verir ki, milli komandamızın da üzvü olan yarımmüdafiəçi klubun rəsmi saytına açıqlama verib:

 

"Qarabağ" mənə doğma komandadır. Mənim üçün sevindirici haldır ki, daha bir il bu komandanın formasını geyinəcəm. Çalışacam ki, öz oyunumla komandama xeyir verim və uğurlarımın üstünə uğur gətirim. Əsas məqsədimiz növbəti mövsüm daha yaxşı çıxış edib azarkeşlərimizi sevindirməkdir".

Xəbər xətti