Millimizin üzvünün şikayətinə görə komandasına lisenziya verilmədi

11:46 - 12 May 2017

"Bursaspor" Türkiyə Futbol Federasiyasının (TFF) Lisenziya heyəti tərəfindən verilən 2017/18 mövsümü üçün UEFA yarışlarına lisenziya ala bilməyib.

 

Sportal.az xəbər verir ki, lisenziya üçün 16 komanda müraciət. 12 klub müsbət cavab alıb. Millimizin üzvü Dəniz Yılmazın çıxış etdiyi "Bursaspor" lisenziya ala bilməyib.

 

Türkiyə mətbuatının məlumatına görə, Bursa təmsilçisinin borclu olduğu futbolçuları - Dəniz Yılmaz, Bakaye Traore ve Tomaş Netsid FİFA-ya şikayət etdikləri üçün komanda lisenziya əldə edə bilməyib.

 

Qeyd edək ki, bir müddət əvvəl Dəniz Yılmaz maaşını ala bilmədiyi üçün "Bursaspor"u FİFA-ya şikayət etməklə hədələdiyi iddia edilmişdi.

Xəbər xətti