Aprel ayının ən gözəl qolunun müəllifi müəyyənləşdi VİDEO

16:24 - 12 May 2017

Azərbaycan I Divizionunun 2016/2017-ci illər mövsümündə aprel ayının ən gözəl qolunun müəllifi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Peşəkar Futbol Liqasının azarkeşlər və jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən “Qaradağ Lökbatan”ın futbolçusu Rüfət Məmmədov bütün rəqiblərini böyük ölçüdə üstələyib. Azarkeşlər və jurnalistlərin seçimində eyni futbolçu 1-ci olduğu üçün qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etməyib.

 

Beləliklə, Rüfət Məmmədov I Divizionda aprel ayının ən gözəl qolunun müəllifi kimi tarixə düşüb.

 

Xəbər xətti