"Sumqayıt" "Kapital Bank"la yeni müqavilə imzaladı

Hazırda Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumlarından olan "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti "Sumqayıt"a dəstəyini davam etdirir. Belə ki, Azərbaycan Əmanət Bankının varisi kimi 140 ildir uğurla fəaliyyət göstərən Kapital Bank ASC ilə "Sumqayıt"  arasındakı əməkdaşlıq müqaviləsinin müddəti daha bir illiyinə uzadılıb.

 

Sportal.az xəbər verir ki, müqaviləyə uyğun olaraq, Sumqayıt şəhərində Dövlət Neft Şirkəti tərəfindən inşa olunmuş kompleks daha bir il müddətinə “Kapital Bank Arena” adlandırılacaq. Bu müddətdə adıçəkilən Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaqdır. Bundan başqa, Kapital Bank ASC ilə "Sumqayıt"  bu bir il ərzində müxtəlif ictimai aksiyalar həyata keçirəcək və "Sumqayıt"ın oyun geyimlərində (əsas və əvəzedici komanda) "Kapital Bank"a məxsus əmtəə nişanları yerləşdiriləcək. Bu müddət ərzində Sumqayıt məktəblilərinin sevimli layihələrinə çevrilmiş "Yay Futbol Düşərgəsi" və "Futbol Sağlam Həyat" layihələri də davam edəcək. Nəzərinizə çatdıraq ki, 3 il müddətində davam edən "Futbol və Sağlam Həyat" layihəsində 2000 məktəbli, "Yay Futbol Düşərgəsi" layihəsində isə 300 məktəbli iştirakçı qismində olub. 

 

Xatırladaq ki, "Kapital Bank" Açıq Səhmdar Cəmiyyəti ilə "Sumqayıt"  arasında əməkdaşlıq 2014-cü ildən davam edir. 

 

Qeyd edək ki, Universal bank olan Kapital Bank ASC 3 milyondan çox fiziki və 22 mindən artıq hüquqi şəxslərə xidmət göstərir. Eyni zamanda, Kapital Bank dövlətin həyata keçirdiyi bir sıra sosial proqramlarda yaxından iştirak edir və real sektorun inkişafı üzrə bir sıra proqramları həyata keçirir.

Tarix: 12 May [16:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2017
22  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio