"Qəbələ" çempion oldu

AFFA-nın təşkilatçılığı ilə keçirilən U-12 Liqasında 2016-2017-ci illər mövsümünə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, “Qəbələ”nin 12 yaşadək futbolçulardan ibarət komandası finalda Gəncə təmsilçisi “Azəri” TİM ilə görüşüb.

 

“Qırmızı-qaralar” həlledici görüşdə böyükhesablı qələbə qazanıb – 3:0. Final qarşılaşmasında Okan Təhməzli 2, Ömər Qurbanov 1 qol vurub. Bununla da “Qəbələ” U-12 Liqasının çempionu tituluna yiyələnib.

 

Qarşılaşmadan sonra qaliblər qızıl medallar və çempionluq kuboku ilə təltif olunub. Okan Təhməzli yarışın ən yaxşı futbolçusu kimi mükafatlandırılıb.

 

Qeyd edək ki, U-12 cari mövsümdə “Qəbələ”nin çempion adını qazanan 4-cü komandasıdı. Bunadək bölgə təmsilçisinin U-13, U-15 və U-16 komandaları da qızıl medallar əldə etmişdi.

Tarix: 12 May [17:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2017
27  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio