"Yuventus" "Bavariya"nın futbolçusunu transfer etdi

00:30 - 13 May 2017

"Yuventus" "Bavariya"nın futbolçusu Mehdi Benatianı birdəfəlik alıb.

 

Sportal.az xəbər verir ki, bu transfer üçün "Yuventus" Münhen təmsilçisinə qarşıdakı iki il ərzində ümumilikdə 17 milyon avro təzminat ödəyəcək. Benatia ilə  3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, mərakeşli futbolçu cari mövsümü icarə əsasında Turin klubunda keçirib.

Xəbər xətti