Dəniz Yılmaz "Bursaspor"dan ayrılır

11:11 - 13 May 2017

Millimizin hücumçusu Dəniz Yılmazın “Bursaspor”dan ayrılacağı gözlənilir.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə məlumatı xəbər yayıb. Dənizin rəhbərliklə aralarında yaranan problemlərə görə Bursa təmsilçisi forvarda qapını göstərəcək. Yılmazla yanaşı, daha 6 futbolçu mövsüm başa çatdıqdan sonra "Bursaspor"dan qovulacaq.

 

29 yaşlı hücumçunun "timsahlar"la müqaviləsi 2018-ci ilin yayında başa çatır.

 

Qeyd edək ki, millimizin üzvü bu mövsüm “Bursaspor”un heyətində 5 qol vurub.

Xəbər xətti