Prosineçki üçün növbəti iddia: Yeni komandasında 1,1 milyon avro qazanacaq

Türkiyə mətbuatı növbəti dəfə Robert Prosineçkinin adını “Bursaspor”la hallandırıb.

 

Sportal.az xəbər verir ki, “NTV Spor” kanalının “Kırmızı Çizgi” verilişinin aparıcısı Mehmet Ayan Prosineçkinin Super Liqa klubu ilə anlaşdığını iddia edib.

 

Şərhçi xorvatiyalı mütəxəssisin “Bursaspor”la imzalayacağı müqavilənin detallarını da açıqlayıb. Onun sözlərinə görə 48 yaşlı çalışdırıcı yeni mövsümdən etibarən “Bursaspor”un “sükanı arxası”nda olacaq və illik məvacibi 1,1 milyon avro olacaq.

 

Prosineçkinin adı həmçinin “Konyaspor”, “Sevilya” və “Valensiya” ilə də hallanır. Mütəxəssisin ”Valensiya”nı çalışdıracağı iddiaları öz təsdiqini tapmayıb. Çünki “yarasalar” ötən günlərdə Marselino Qarsiya ilə iki illik müqavilə imzalamışdı.

 

Robert Prosineçki 2014-cü ildən millimizi çalışdırır. Onun müqaviləsi bu ilin dekabr ayında başa çatır.

Tarix: 13 May [12:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
26 May 2017
25  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio