"Qəbələ"də növbəti ayrılıq

13:46 - 13 May 2017

"Qəbələ"dən ayrılan növbəti futbolçunun adına aydınlıq gəlib.

 

Sportal.az-ın məlumatına görə, əyalət təmsilçisi Məhəmməd Mirzəbəyovla başa çatan müqaviləni uzatmayıb. "Qırmızı-qaralar" millimizin üzvüylə yolları ayırıb.

 

27 yaşlı cinah müdafiəçisi cari mövsüm Premyer Liqada 21 oyun meydanda olub.

 

"Qəbələ" daha öncə Daniel Subotiçlə də yollar ayırmışdı. Kiprin "Ermis" klubundan icarəyə götürülən Teo Uiks isə komandasına qayıdıb.

Xəbər xətti