Eratlı "Duysburq"u çempionluqdan 1 oyun ayırır

18:28 - 13 May 2017

Almaniya üçüncü Bundesliqasında 37-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu "Duysburq"  səfərdə Köln "Fortuna"sı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 3 - 0 hesablı qələbə ilə ayrılıb.

 

Erat bu görüşə start heyətdə başlayıb və sonadək oynayıb.

 

Qeyd edək ki, "Duysburq" 37 turdan sonra 65 xalla 20 klub arasında 1-ci pillədə qərarlaşıb. Son turda da qalib gələcəyi halda, futbolçumuzun komandası mövsümü çempion kimi başa vuracaq.

Xəbər xətti