Ramil Şeydayevli "Jilina" 3 qolla qalib gəldi

00:04 - 14 May 2017

Slovakiya çempionatında XXXI turun oyunları davam edir.

 

Sportal.az xəbər verir ki, millimizin futbolçusu Ramil Şeydayevin şərəfini qoruduğu "Jilina" bu turda doğma meydan son matçına çıxıb.

 

Çempionluğu təmin etmiş komanda evində “Senika” klubunu qəbul edib. 5 qolun vurulduğu qarşılaşmada “Jilina” 3:2 hesablı qələbə qazanıb.

 

Millimizin üzvü bu matçın da iştirakçısı olub. Oyuna start heyətdə başlayan gənc forvard 79-cu dəqiqədə əvəzlənib.

 

Qeyd edək ki, “Jilina” bu qələbə sayəsində xallarının sayını 67-ə çatdırıb.

Xəbər xətti