Reynaldonun komandası Super Liqa ilə vidalaşdı

00:47 - 14 May 2017

Türkiyə Superliqasından aşağı liqaya yuvarlanan ilk komandanın adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, söhbət “Adanaspor” klubundan gedir. Adana təmsilçisi XXXI turda öz meydanında “Trabzonspor”la heç-heçə edib – 1:1. Bu nəticə çempionatın sonuna 3 tur qalmış komandanın aşağı liqaya yuvarlanmasını rəsmiləşdirib.

 

Qeyd edək ki, “Qarabağ”ın sabiq futbolçusu Reynaldo Silva da “Adanaspor”da çıxış edir.

Xəbər xətti