"Prosineçki AFFA ilə müqaviləsinə xitam verə bilər"

“Prosineçkiyə görə “Bursaspor” və “Konyaspor”la görüşməmişəm”.

 

Sportal.az xəbər verir ki, bu sözlər millimizin baş məşqçisi Robert Prosineçkinin meneceri Yaşar Çalışıra məxsusdur.

 

Türkiyə mətbuatına açıqlama verən Çalışır millimizin baş məşqçisinin gələcək taleyindən danışıb. O bildirib ki, xorvatiyalı mütəxəssisə görə İspaniya klublarınından biri ilə danışıq aparıb:

 

“Xarici klubların biri ilə Prosineçki məsələsini müzakirə etmişik. İspaniyada öndə gedən klubların biri ilə danışıq apardıq, ancaq hələ anlaşa bilməmişik. Bəli, “Konyaspor”un keçmiş idarəçilərindən biri Prosineçkiyə görə mənə zəng etmişdi, lakin görüşümüz baş tutmadı. “Bursaspor”la isə son vaxtlarda görüşümüz olmayıb. Onlar qışda Bakıya gəlmişdilər, amma AFFA Robertin gedişinə imkan vermədi”.

 

Çalışır bildirib ki, Prosineçkinin müqaviləsində 2 milyon avroluq təzminat maddəsi yoxdur:

 

“Prosineçki hazırda Azərbaycandadır və işini necə quracağını düşünür. Bir məsələyə toxunacam: Onun müqaviləsində 2 milyon avro təzminat maddəsi olduğu doğru deyil. Hər müqavilənin özünə görə özəlliyi var. Prosineçki AFFA ilə müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verə bilər”.

 

Çalışır Türkiyə klubları ilə görüşmək niyyətində olduqlarını deyib:

 

“Əlbəttə, Türkiyə klubları istəsələr, görüşə bilərik. Ancaq bu dəqiqəyə qədər heç bir Türkiyə klubu ilə görüşümüz olmayıb. Bura “Bursaspor” və “Konyaspor” da daxildir”. 

Tarix: 14 May [12:38]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2017
17  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio