Sabiq "Beşiktaş"lı Premyer Liqamızda?

13:13 - 14 May 2017

“Karşıyaka”nın futbolçusu Mustafa Aşan karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Karşıyaka”dan ayrılmaq üzrə olan futbolçunun xidmətində “Kastomonu”, “Şanlıurfaspor” və Azərbaycan Premyer Liqasında mübarizə aparan klublardan biri maraqlıdır. 28 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə qərar verəcəyi gözlənilir.

 

Qeyd edək ki, Mustafa Aşanın ilk peşəkar klubu “Beşiktaş” olub. O, vaxtıilə Türkiyənin 19 yaşlılardan ibarət milli komandasında da çıxış edib.

Xəbər xətti