Nazarovlu "Aue" vacib qələbə qazandı

19:24 - 14 May 2017

Almaniya II Bundesliqasında 33-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, millimizin üzvü Dimitri Nazarovun formasını geyindiyi “Aue” doğma meydanında “Kayzerslautern”lə üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin üzvü bu oyuna start heyətində başlayıb və 90 dəqiqə meydanda olub.

 

"Aue" qələbə sayəsində II Bundesliqada qalmaq uğrunda mübarizədə böyük addım atıb. Domeniko Todeskonun rəhbərlik etiyi kollektiv 16-cı pillədəki "Münhen 1860" klubunu 3 xal qabalayır. "Aue" son turda "Fortuna"ya uduzmasa, II Bundesliqada qalacaq. 

 

“Aue” isə 39 xalla 18 komanda arasında 13-cü pillədə qərarlaşıb.

Xəbər xətti