Budaq Nəsirov Portuqaliyada növbəti matçına çıxdı

00:03 - 15 May 2017

Portuqaliya Sequndasında 41-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, 21 yaşlılardan ibarət milli komandamızın futbolçusu Budaq Nəsirovun formasını geyindiyi "Sportinq"in B komandası da növbəti matçına çıxıb. 

 

Lissabon təmsilçisi doğma meydanında "Akademika"nı qəbul edib. Qarşılaşmada qonaqlar 2:1 hesabı ilə qalib gəlib. "Sportinq" oyunda hesabda irəli çıxsa da üstünlüyünü qoruya bilməyib.

 

Budaq Nəsirov matçın 75-ci dəqiqəsində, matçda hesab 1:1 olarkən Gelsonun əvəzinə meydana daxil olub.

 

Qeyd edək ki, bu, Nəsirovun "Sportinq"in heyətində 20-ci oyunu olub. Geridə qalan matçlarda onun aktivində 1 qol var.

Xəbər xətti