Samir Məsimovun yeni klubu məlum oldu

10:21 - 15 May 2017

"Səbail"in baş məşqçi vəzifəsinə təyin olunan Samir Əliyev "Neftçi"dən tanıdığı futbolçulardan birini komandaya gətirib.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, bakılılar U-21 millimizin sabiq üzvü Samir Məsimovla anlaşıb. Məsimov bundan sonra "Səbail"in uğurları üçün tər tökəcək.

 

Qeyd edək ki, 22 yaşlı futbolçu ötən mövsüm "Neftçi"dən Sloveniyanın "Domjale" klubuna transfer olunmuşdu. Sloveniya təmsilçisində işləri yolunda getməyən yarımmüdafiəçi, "Domjale"dən ayrıldıqdan sonra bir müddət Qazaxıstanın "Okjetpes" klubunda baxışda da olmuşdu. Məsimov qış fasiləsində klub tapmadığı üçün AZAL-da çıxış etmişdi.

Xəbər xətti