"Zirə"də yeni müqavilə

15:15 - 15 May 2017

"Zirə"də yeni müqavilə qeydə alınıb.

 

Sportal.az xəbər verir ki, "qartallar" yarımmüdafiəçisi Milan Duriçlə yeni müqavilə imzalayıb. Bu barədə məlumatı futbolçu Serbiya mətbuatına açıqlamasında söyləyib. Anlaşmaya görə, 29 yaşlı yarımmüdafiəçi daha 1 il "Zirə"də çıxış edəcək.

 

Duriç cari mövsümdə 29 oyunda şans qazanıb və 4 qol vurub.

Xəbər xətti