Zabaleta "Mançester Siti"dən gedir

16:56 - 15 May 2017

“Mançester Siti”nin müdafiəçisi Pablo Zabaleta mövsümün sonunda klubdan ayrılacaq.

 

Sportal.az xəbər verir ki, “şəhərlilər”in “tvitter” hesabında argentinalı müdafiəçiylə mövsümün sonunda bitəcək müqavilə müddətinin artırılmayacağı qeyd edilib.

 

Qeyd edək ki, 32 yaşlı futbolçu 2008-ci ildən “Mançester Siti”nin şərəfini qoruyur. O, cari mövsümdə 31 oyunda şans qazanıb.

Xəbər xətti