"Qəbələ" Avroliqaya ikinci mərhələdən başlayacaq

Avropa Liqasının 2017/18 mövsümünün komanda bölgüsündə dəyişiklik edilib.

 

Sportal.az xəbər verir ki, bunlar Azərbaycan klublarına da təsirsiz ötüşməyib. Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ” Avropa Liqasının 1-ci təsnifat mərhələsindən azad edilib. Təmsilçimiz yarışa 2-ci raunddan başlayacaq. Buna ölkəmizin UEFA reytinqində 26-cı yerdə qərarlaşması səbəb olub.

 

Qitə futbol qurumu 25-26-cı yerlərdə olan iki ölkənin kubokunun sahibinə 2-ci təsnifat mərhələsindən mübarizəyə qoşulmaq hüququ verib. 25-ci sırada Şotlandiya, 26-cı yerdə isə Azərbaycan qərarlaşıb.

 

Azərbaycan kubokunun sahibi dubla imza atan “Qarabağ” olduğundan bu güzəşt gümüş mükafatçıya tətbiq edilib. (Apasport)

Tarix: 15 May [17:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio