Koutinyo: "Barselona"dan təklif almamışam"

19:42 - 15 May 2017

“Liverpul”un futbolçusu Filippe Koutinyonun “Barselona” ilə danışıqlar aparması barədə söz-söhbətlər tez-tez gündəmə gəlir.

 

Sportal.az xəbər verir ki, braziliyalı futbolçu “Vest Hem”lə qarşılaşmadan sonra məsələyə münasibət bildirib. O, “Barselona”dan təklif almadığını deyib:

 

“Mənim haqqımda danışanda həmişə şad oluram. “Barselona” kimi böyük klubun mənimlə maraqlanması xoş haldır. Bu, zəhmətimə verilən yüksək qiymətdir. Bəli, etiraf etmək lazımdır ki, “Barselona” dünyanın ən güclü komandalarından biridir. Amma onlardan təklif almamışam, agentimlə də danışıq aparmayıblar. Mən isə komandamın qarşısına qoyulan hədəflərə köklənmişəm. Ümid edirəm ki, mövsümün sonund Çempionlar Liqasına vəsiqə qazanan tərəf olacağıq”.

 

Qeyd edək ki, 24 yaşlı futbolçu “Liverpul”a 2013-cü ildə İtaliya "İnter"indən transfer olub. 

Xəbər xətti