Yaşar Vahabzadə: "İlk məqsədimizə nail olduq"

"Rəqibə qələbə lazım idi. Böyük qüvvə ilə hücum edəcəklərini bilirdik. Uşaqlar çox əzmkar mübarizə apardılar. Oyunun keyfiyyətində qüsurlar vardı. Lakin qrupdan çıxmaq üçün lazımı nəticəni əldə etdik. İlk məqsədimiz qrupdan çıxmaq idi, buna da nail olduq".

 

Sportal.az xəbər verir ki, bunu 23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Yaşar Vahabzadə IV İslam Həmrəyli Oyunlarının qrup mərhələsinin son turunda Mərakeş yığması ilə 0:0 hesablı heç-heçədən sonra söyləyib. 57 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan yığmasının yarımfinalda qarşılaşacağı Əlcəzair millsinin oyununu analiz edəcəklər: "Əlcəzairin Türkiyə ilə oyununa baxmışdım. Amma o vaxt bilmirdim kimlə düşəcəyik. Matçların görüntüləri var, izləyib, analiz edəcəyik". Qeyd edək ki, Azərbaycan yığması 5 xalla A qrupunun ikincisi kimi yarımfinala vəsiqə qazanıb. İlk pilləni isə Kamerun millisi tutub.  

Tarix: 16 May [00:15]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Dekabr 2017
11  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio