Dəniz Yılmazın komandası bu dəfə "Beşiktaş"a uduzdu

00:27 - 16 May 2017

Futbol üzrə Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazın komandası - "Bursaspor" da növbəti matçına çıxıb.

 

Bursa klubu doğma meydanda "Beşiktaş"la üz-üzə gəlib və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Əsas komandadan uzaqlaşdırılan Yılmazın adı bu görüşün də iştirak ərizəsində yer almayıb.

 

Qeyd edək ki, "Bursaspor" hazırda 35 xalla 18 klub arasında 15-ci pillədə qərarlaşıb. "Beşiktaş" isə bu qələbə sayəsində xallarının sayını 68-ə çatdıraraq yenidən zirvəyə yüksəlib.

Xəbər xətti