Edinson Kavani ən yaxşı futbolçu seçildi

Fransa I Liqasında 2016/2017 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, PSJ-nin hücumçusu Edinson Kavani ən yaxşı oyunçu seçilib.

 

Uruqvaylı forvard cari mövsüm 35 matçda 35 qol vurub, 3 qolun ötürməsini verib.

 

Qeyd edək ki, Fransa I Liqasında mövsümün ən yaxşı baş məşqçisi Leonardo Jardim, ən yaxşı qapıçısı Daniel Subotiç və ən yaxşı gənc futbolçusu Kilian Mbappe (hamısı "Monako") seçiliblər.

Tarix: 16 May [10:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio