"Səbail" "Neftçi"nin futbolçularına göz dikdi

11:39 - 16 May 2017

"Səbail"in baş məşqçi vəzifəsinə təyin olunan Samir Əliyev "Neftçi"dən tanıdığı futbolçuların bəzilərini komandaya gətirməkdə davam edir.


Sportal.az-ın əldə etdiyi məlumata görə, "aslanlar" "Neftçi"dən ayrılan Murad Ağayevlə anlaşıblar. 24 yaşlı yarımmüdafiəçi növbəti mövsümdən etibarən "Səbail"də çıxış edəcək.

 

"Neftçi"dən icarəyə götürülən Orxan Qurbanlı, Eltun Yaqublu və Təyyar Məmmədov daha bir il "Səbail"də çıxış edəcəklər. Premyer Liqanın yeni sakini "Neftçi"də çıxış edən daha iki futbolçuya "elçi düşüb". Bunlar Fəhmin Muradbəyli və ötən mövsüm "Sumqayıt"da icarə əsasında oynayan Mirabdulla Abbasovdur. Paytaxt klubu hər iki futbolçunu "Neftçi"dən icarəyə götürmək istəyir.

Xəbər xətti