"Real"da ayrılıq - Premyer Liqa klubu ilə anlaşdı

12:07 - 16 May 2017

Xames Rodriqes mövsüm başa çatdıqdan sonra "Real"ı tərk edə bilər.

 

Sportal.az xəbər verir ki, kolumbiyalı futbolçunun "Mançester Yunayted"ə keçəcəyi iddia edilir. Bu barədə "Marca" qəzeti məlumat yayıb. Məlumata görə, "qırmızı-şeytanlar" Xames Rodriqeslə artıq anlaşma əldə edib. "Real"da yetərincə forma şansı qazanmayan Xamesin meneceri Xorxe Mendeş bir neçə gün əvvəl Florentino Pereslə görüşərək transferi müzakirə edib. Bildirilir ki, klub rəhbərliyi də Rodriqesi satmağa razılıq verib.

 

25 yaşlı yarımmüdafiəçi La Liqanın son turunda evdə "Sevilya"ya qarşı keçirilən oyunda əvəzlənən zaman "Real" azarkeşləri ilə vidalaşıb. O, əvəzləndikdən sonra ehtiyat oyunçular skamyasında göz yaşlarını saxlaya bilməyib. Onun bu hərəkətləri iddiaları bir qədər də artırıb.

 

Qeyd edək ki, "Real" kolumbiyalı ulduzu 2014-cü ildə "Monako"dan 75 milyon avroya transfer edib.

Xəbər xətti