Renat Dadaşov Bundesliqada debüt edəcək?

Almaniyanın "Ayntraxt" klubunun U-19 komandasında çıxış edən millimizin hücumçusu Renat Dadaşov əsas komandada çıxış edə bilər.

 

Sportal.az xəbər verir ki, komandanın əsas hücumçusu Aleksander Meyer zədəlidi. 34 yaşlı forvard Bundesliqanın son turunda oynamayacaq. Frankfurt klubunun baş məşqçisi Niko Kovaç hücum xəttində Haris Seferoviçə deyil, gənc futbolçulara şans verməyi düşünür.

 

Xorvatiyalı çalışdırıcı yay toplanışında aşağı yaş komandalarından bir neçə futbolçunu əsas heyətə cəlb edəcək. Həmin futbolçular arasında Renat Dadaşovun da adı var.

 

Niko Kovaç Bundesliqanın son turunda “Leyptsiq”lə matçda forma şansı az qazanan futbolçulara güvənəcək. Həmin oyunda Renat Dadaşov və bir neçə gənc futbolçuya da şans verilə bilər. 

 

Qeyd edək ki, “Ayntraxt” klubu artıq hücumçu transfer edib. Frankfurt klubu “Utrext”in 22 yaşlı hücumçusu Sebastian Halleri heyətinə qatıb. Fransalı hücumçu komandaya iyulda qoşulacaq.

Tarix: 16 May [13:02]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Sentyabr 2017
22  Sentyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio