“Kəpəz”dən Vüqar Bəybalayev transferi ilə bağlı bəyanat

13:52 - 16 May 2017

“Kəpəz” qalmaqallı şəkildə “Sumqayıt”a transfer olunan Vüqar Bəybalayevlə bağlı bəyanat yayıb.

 

Sportal.az sizi həmin bəyanatla tanış edir:

 

"Yeni mövsüm öncəsi transfer işləri çərçivəsində “Kəpəz”in əsas komandasının baş məşqçisi Şahin Diniyevin məlumatı əsasında Gəncə klubunun Vüqar Bəybalayev ilə razılığa gəlməsi haqda klub saytında xəbər vermişdik. Yarımmüdafiəçi baş məşqçi ilə danışıqlarda komandada daha bir il qalması barədə şifahi razılıq vermişdi. Lakin sonradan kluba müraciət edən Bəybalayev “Sumqayıt”a keçmək istədiyini bildirmiş və onun istəyi rəhbərlik tərəfindən qəbul edilmişdir. Oxucularımızdan bunu nəzərə almalarını xahiş edirik".

Xəbər xətti