Azərbaycan millisini məyus edən futbolçu Premyer Liqamızda?

Şimali İrlandiya millisinin və İngiltərənin "Norviç" klubunun futbolçusu Kayl Lafferti karyerasını Azərbaycanda davam etdirə bilər. 

 

Sportal.az xəbər verir ki, bu barədə "Norviç"in şotlandiyalı futbolçusu Rassel Martin məlumat verib. O, 29 yaşlı futbolçunun təkliflərə açıq olduğunu deyib:

 

"Kayl istənilən təkliflərə açıqdır. O, karyerasını Azərbaycanda və Qazaxıstanda davam etdirə bilər. Gözləyək, bütün məsələlərə yaxın günlərdə aydınlıq gələcək. Ancaq onu deyə bilərəm ki, Kayl son vaxtlar əla formadadır".

 

Qeyd edək ki, Lafferti bu mövsüm "Norviç"in heyətində 17 oyun keçirib, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Forvard DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya - Azərbaycan matçında (4:0) ilk qolun müəllifi olmuşdu.

Tarix: 16 May [14:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2017
18  Noyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio