Millimiz Makedoniyaya getdi

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi  Makedoniyanın Skopye şəhərinə təlim-məşq toplanışına gedib.

 

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq prosesi çərçivəsində Makedoniyanın U-17 komandası ilə iki yoldaşlıq oyununun keçirilməsi nəzərdə tutulub.

 

 Toplanışa aşağıda adları qeyd olunan futbolçular dəvət edilib:

 

Samir Oruclu, Sərcan Ömərov, Ceyhun Nuriyev, Cavid Əliyev (hamısı "İnter" Bakı), Bayram Vəliyev, Murad Məmmədov (hər ikisi "Vətən"), Ayxan Arazlı, Turan Vəlizadə ("Qarabağ"), Nicat Məmmədov, Abbas Abbasov, İsmayıl Zülfüqarlı, Murad Bağırov, Vüsal Əsgərov (hamısı "Neftçi"), Təbriz İsazadə, Məhəmməd Məhərrəmov, Cavidan Rəhimli, Samir Qurbanov, Xəyal Muradov, Əli Mürsəlov ("Qəbələ"), Səbuhi Abdullazadə, Rüfət Abdullazadə ("Sumqayıt"), Elnur İbrahimov ("Spartak 2" Rusiya)

Tarix: 16 May [16:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2017
17  Oktyabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio