"Zirə"də yeni müqavilə

19:14 - 16 May 2017

Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Zirə" müqaviləsi başa çatan bir futbolçu ilə yeni anlaşma imzalayıb.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, paytaxt təmsilçisi müdafiəçi Sadiq Quliyevlə yeni sözləşmə imzalayıb. Müqaviləyə əsasən 21 yaşlılardan ibarət milli komandamızın üzvü daha bir il "qartallar"ın uğurları üçün çalışacaq.

 

Qeyd edək ki, Sadiq Quliyev 2016/2017-ci il mövsümünün ilk yarısını "Qəbələ"də, ikinci yarısını isə "Zirə"də keçirib.

Xəbər xətti