Nurlan Novruzov: "Heç bir klubla müqavilə imzalamamışam"

20:26 - 16 May 2017

"Zirə"dən ayrılan gənc hücumçu Nurlan Novruzovun Premyer Liqanın debütantı "Səbail"lə birillik müqavilə imzaladığı haqda mətbuatda xəbərlər yayılıb.

 

Novruzov bu iddiaya sportal.az-a verdiyi açıqlamasında aydınlıq gətirib:

 

"Hələ ki istirahət edirəm. Düzdür, bir neçə komandadan təkliflər var, ad açıqlamağım düzgün çıxmaz. Hələlik heç bir klubla rəsmi müqavilə imzalamamışam. Bir neçə gün ərzində hər şey məlum olacaq".

Xəbər xətti