Avrokubok finalları "Youtube"da canlı yayımlanacaq

10:56 - 17 May 2017

Çempionlar Liqası və Avropa Liqasının final matçları “Youtube”dan canlı yayımlanacaq.

 

Sportal.az xəbər verir ki, Böyük Britaniyanın “BT Sport” kanalının “Youtube” hesabı hər iki matçı heç bir ödəniş olmadan yayımlayacaq. Həmin qarşılaşmaları Rio Ferdinand, Stiven Cerrard, Qari Lineker, Oven Harqrivs, Stiv Makmanaman kimi məşhur futbolçular şərh edəcəklər.

 

Xatırladaq ki, iyunun 3-də ÇL-nin finalında "Yuventus" və "Real" üz-üzə gələcək. Mayın 24-də isə Avropa Liqasının final matçında "Mançester Yunayted" və "Ayaks" qarşılaşacaq.

Xəbər xətti