4 medal qazanana 150 min veriləcək, yoxsa 600 min? - nazirdən açıqlama

“Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatlar qazandıqları medal sayına uyğun ödəniləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib.

 

Nazir bildirib ki, birdən çox medal qazananlara yalnız bir medal üçün nəzərdə tutulan mükafatın ödəniləcəyi barədə söz-söhbətlər həqiqətə uyğun deyil: "Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz".

 

Qeyd edək ki, İslamiadada Azərbaycan idmançılarından güllə atıcısı Ruslan Lunyov və üzgüçü Maksim Şemberev 4 qızıl medal qazanıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, qızıl medalçılara 100 min manat pul mükafatı ödəniləcək. Bundan başqa, 50 min manat isə Milli Olimpiya Komitəsi tərəfindən ödəniləcək ("Report").

Tarix: 17 May [11:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 May 2017
27  May 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio