"Atletiko" millinin üzvü üçün 60 milyon avro ödəməyə hazırdı

12:35 - 17 May 2017

La Liqaın güclü komandalarından hesab edilən “Atletiko”nun “Torino”da çıxış edən Andrea Belottini transfer etmək istədiyi iddia edilir.

 

Sportal.az xəbər verir ki, bu barədə İspaniyanın “Cadena Cope” radiosu məlumat yayıb. İtaliya millisinin forvardı Madrid təmsilçisinin əsas hədəflərindən biridir. Məlumata görə, “Atletiko” 23 yaşlı futbolçu üçün 60 milyon avrosundan keçməyə hazırdır.

 

Belottinin müqaviləsində yer alan bəndə görə, onu transfer etmək istəyən komanda 100 milyon avrosundan keçməlidir.

 

"Atletiko" tarixinin ən bahalı transferi Cekson Martinesdir. "Hindular" kolumbiyalı forvardı 2015-ci ildə "Portu"dan 37,1 milyon avroya transfer etmişdilər.

 

23 yaşlı italiyalı hücumçu cari mövsümdə A Seriyasında 33 oyuna 25 qol vuraraq diqqətləri öz üzərinə çəkib.

Xəbər xətti