Reynaldo yenidən Azərbaycan Premyer Liqasında?

Qış fasiləsində "Qarabağ"dan Türkiyənin "Adanaspor" klubunda transfer olunan Reynaldo Silva gözlənilənləri vermədi.

 

Sportal.az xəbər verir ki, onun yeni komandası Super Liqa ilə artıq vidalaşıb. Braziliyalı hücumçunun hazırda işləri qaydasında getmir. 27 yaşlı forvard 8 oyunda meydana çıxıb və qol vura bilməyib.

 

Aşağı liqaya düşəcəyi dəqiqləşlən "Adanaspor" mövsüm başa çatan kimi radikal dəyişikliklər edəcək. Heyətdən bir çox futbolçular uzaqlaşdırılacaq və bəziləri transferə çıxarılacaq.

 

Reynaldonun uğursuz çıxışından sonra "Adanaspor"dan ayrılacağı gözlənilir. Braziliyalı futbolçu karyerasını yenidən ölkəmizdə ya da Türkiyə klublarının birində davam etdirə bilər.

 

Qeyd edəki, Reynaldo 2013/17-ci illərdə "Qarabağ"da çıxış edib.

Tarix: 17 May [13:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 İyun 2017
22  İyun 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio