"Lester Siti"nin ulduzu üçün 35 milyon avroluq təklif

13:29 - 17 May 2017

“Lester Siti”nin əlcəzairli futbolçusu Riyad Mahrez komandadan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, Fransanın “Marsel” klubu “tülkülər”in önəmli fiqurlarından olan əlcəzairli futbolçuya göz dikib. Fransa klubu Mahrezin keçidi üçün qarşı tərəfə 35 milyon avro ödəməyə hazırdır.  Qışda Patris Evra və Dmitri Payet kimi futbolçuları heyətinə cəlb edən “Marsel” yay transfer pəncərəsində daha bir neçə ulduz oyuçunu komandaya gətirəcək.

 

Riyad Mahrezin “Mançester Siti”nin də hədəfində olduğu bildirilir.

 

“Lester Siti”nin lideri ötən mövsüm qazanılan çempionluqda böyük pay sahibi olmuşdu.

 

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi 2014-cü ildə Fransanın “Le Havr” klubundan “Lester Siti”yə keçib.

Xəbər xətti