"Çelsi" yeni transferlər edəcək

15:24 - 17 May 2017

İngiltərə Premyer Liqasında cari mövsümün qalibi adını qazanan "Çelsi" növbəti mövsümün planlarını cızır.

 

Sportal.az xəbər verir ki, "zadəganlar"ın çalışdırıcısı Antonio Konte çempion heyətə 6 yeni futbolçunun transfer edilməsini istəyir. İtaliyalı mütəxəssis "Sauthempton"dan Vircil van Daykı komandada görmək istəyir. Bundan əlavə, "Real"ın forvardı Alvaro Morata da "Çelsi"nin hədəfindədir.

 

Romelu Lukaku, Kayl Uolker, Tiaqo Maya kimi oyunçuların da adı London klubu ilə hallanır.

 

Qeyd edək ki, Konte mövsüm başa çatdıqdan sonra "Çelsi" ilə müqaviləsini uzadacaq.

Xəbər xətti